Azərbaycanın Gürcüstana qeyri-neft sektoru üzrə ixracı 32% artıb | Banco.az

Azərbaycanın Gürcüstana qeyri-neft sektoru üzrə ixracı 32% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan cari ilin yanvar-aprel aylarında Gürcüstana 105 milyon 756 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 25 milyon 663 min dollar və ya 32% çoxdur.

Ötən ilin eyni dövründə Gürcüstana ixrac edilən qeyri-neft məhsullarının dəyəri 80 milyon 93 min dollar təşkil edib. 

Hesabat dövründə Gürcüstan Azərbaycanın üçüncü əsas qeyri-neft idxalçısı olub.

Qeyd edək ki, hazırda Azərbaycanın ən böyük qeyri-neft idxalçısı isə Rusiyadır (321,4 milyon dollar).

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram