Müəllif: Gülnar Əhmədli, Banco.az
“İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2025-ci ilin yanvar ayında həyata keçirilmiş ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
Banco.az xəbər verir ki, özəl ixracatçıların siyahısında “AIMKL”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi - 8.9 milyon dollarlıq ixracla birinci olub.
İlk 10-luqda olan şirkətlər bunlardır:
- “AIMKL”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi - 8.9 milyon dollar
- “LEPIN LM” MMC - 6.4 mildon dollar
- “MKT İstehsalat Kommersiya” MMC - 5 milyon dollar
- “6LSYSTEMS” MMC - 5 milyon dollar
- “Export Stream" MMC - 4.2 milyon dollar
- “Baku Steel Company” QSC - 3.7 milyon dollar
- “Uytrop” MMC - 3.2 milyon dollar
- “AGRARCO” MMC - 2.8 milyon dollar
- “Milk Products” QSC - 2.7 milyon dollar
- “Khan-El” MMC - 2.4 milyon dollar
Bizi sosial şəbəkələrdən izləyin!!