Azərbaycanın elektrik enerjisi ixracından qazancı azalıb | Banco.az

Azərbaycanın elektrik enerjisi ixracından qazancı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan 38.6 mln. ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib. Bu, illik müqayisədə 12.5 milyon dollar və ya 24.5% azdır. 

Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib. 

Bildirilib ki, 2024-cü ilin ilk 6 ayında ayında elektrik enerjisi ixracının ümumi dəyəri 51.1 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin iyun ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pomidor (tomat) (35.2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (22.7 milyon ABŞ dolları) ikinci, təzə albalı və gilas  (18,8 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram