Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-may aylarında 2 milyon 506 min dollar dəyərində 279.1 ton çay ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 60%, həcm baxımından isə 68,5% azdır.
Əlavə edək ki, hesabat dövründə ixrac edilən çayın hər tonunun orta qiyməti 8 982 dollar olub. Ötən ilin eyni dövründə bu göstərici 5813 dollar olub.
Bizi sosial şəbəkələrdən izləyin!!