Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin iyul ayının 1-i tarixinə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 56,734.1 mln. manat təşkil edib.
Banco.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların aktivləri 6 milyard 406 milyon manat və ya 12,7% artıb.
Belə ki, 1 iyul 2024-cü il tarixinə ölkə banklarının cəmi aktivləri 50 mlrd. 328 mln. manat olub.
Qeyd edək ki, bu dövrdə sektorun cəmi cəmi öhdəlikləri 49,788.2 mln. manat (12,9% artıb), balans kapitalı 6,945 mln. manat (11,3% artıb) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!