Azərbaycanın ABŞ-yə qeyri-neft sektoru üzrə ixracı 3 dəfə azalıb | Banco.az

Azərbaycanın ABŞ-yə qeyri-neft sektoru üzrə ixracı 3 dəfə azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan cari ilin yanvar-may aylarında ABŞ-yə 30 milyon 840 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 64 milyon 713 min dollar və ya 3,1 dəfə azdır. 

Ötən ilin eyni dövründə ABŞ-yə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 95 milyon 553 min dollar təşkil edib. 

Qeyd edək ki, hazırda Azərbaycanın ən böyük qeyri-neft idxalçısı isə Rusiyadır (442,9 milyon dollar). 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram