Azərbaycanda verilən kreditlərin 76%-dən çoxu Bakının payına düşüb | Banco.az

Azərbaycanda verilən kreditlərin 76%-dən çoxu Bakının payına düşüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin may ayının 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların kredit qoyuluşları 28 mlrd. 96 mln. manat təşkil edib. Bunun da 76.5%-i və ya 21 mlrd. 495 mln. manatı Bakı şəhərinin payına düşüb. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, Bakı şəhərinə kredit qoyuluşularının həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 13.3% və ya 2 mlrd. 520 mln. manat artıb.

Qeyd edək ki, 2024-cü ilin may ayının 1-nə Bakı şəhərinə kredit qoyuluşları 18 mlrd. 975 mln. manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram