Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda taksilərlə 69 936,6 min sərnişin daşınıb.
Banco.az Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 0,5% çoxdur.
Ötən ilin müvafiq dövründə taksilər 69 588,7 min nəfər sərnişin daşınmışdı.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında avtomobil nəqliyyatı ilə ümumilikdə 1 588 746,0 min sərnişin daşınıb. Bunun da 1 518 809,4 min nəfəri avtobus nəqliyyatının payına düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!
