Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda cari ilin yanvar-oktyabr aylarında mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 2 592.7 kiloqramı qızılın, 3 218.1 kiloqramı isə gümüşün payına düşüb.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, qızıl istehsalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,6%, gümüş istehsalı isə 19% artıb.
Noyabrın 1-nə olan vəziyyətə əsasən, ölkədə 69,7 kiloqram hazır qızıl, 699,1 kiloqram hazır gümüş ehtiyatı var.
Bizi sosial şəbəkələrdən izləyin!!
