Azərbaycanda publik hüquqi şəxslərin məlumat bazalarından istifadə mümkün olacaq | Banco.az

Azərbaycanda publik hüquqi şəxslərin məlumat bazalarından istifadə mümkün olacaq

Azərbaycanda publik hüquqi şəxslərin məlumat bazalarından istifadə ilə bağlı qaydalar hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənmiş "Rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənədə əsasən, sistemin icrası 2026-2028-cu illəri əhatə edəcək. İşin əsas icraçısı Nazirlər Kabineti olacaq.

Belə ki, rəsmi statistika məlumatlarının istehsalı üçün tələb olunan və dövlət orqanlarının, dövlət mülkiyyətində olan və paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, publik hüquqi şəxslərin sərəncamında olan məlumat bazalarından istifadə ilə bağlı qaydalar müəyyənləşdiriləcək. Bu məlumatlardan statistika üçün istifadə edilmə imkanları təhlil ediləcək.