Müəllif: Gülnar Əhmədli, Banco.az
Cari ilin fevralın 1-i tarixinə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 557.5 milyon manat təşkil edib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edək ki, problemli kreditlər 1 ay əvvəllə müqayisədə 6.3%, 2025-ci ilin eyni dövrünə nisbətən isə 17.3% artıb.
Fevral ayının əvvəlinə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1.7% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
