Müəllif: Gülnar Əhmədli, Banco.az
Ötən il dekabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 44 milyard 692 milyon manat təşkil edib.
Banco.az Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,5%, illik müqayisədə isə 3,1% çoxdur.
Məlumata görə, manatla geniş pul kütləsinin həcmi 2024-cü ilin dekabrın 1-nə 34 milyard 639 milyon manat təşkil edib. Bu, noyabrın 1-nə olan göstəricidən 0,04%, illik müqayisədə isə 1,3% çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!