2023-cü ildə istehlak qiymətləri indeksi 2022-ci ilə nisbətən 108,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 109,6 faiz, qeyri-ərzaq məhsulları üzrə 108,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 108,2 faiz təşkil edib. 2023-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 102,1 faiz təşkil edib.
Banco.az bu barədə Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2023-cü ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,0 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 100,8 faiz təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!