Azərbaycanda ən çox pensiyaçı hansı bölgələrdə yaşayır? | Banco.az

Azərbaycanda ən çox pensiyaçı hansı bölgələrdə yaşayır?

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1103,3 min nəfər pensiyaçı qeydiyyatda olub.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.

Məlumata görə, onların 64,6 faizi yaşa, 23 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Bu dövrdə pensiyaçıların sayı Bakı şəhəri üzrə 392195 nəfər olub. 

İqtisadi rayonlar üzrə pensiyaçıların sayı isə belə olub:

İqtisadi rayonlar

Pensiyaçıların sayı (nəfər)

Naxçıvan Muxtar Respublikası

46667

Abşeron-Xızı iqtisadi rayonu

56275

Dağlıq Şirvan iqtisadi rayonu

30968

Gəncə-Daşkəsən iqtisadi rayonu

59624

Qarabağ iqtisadi rayonu

62981

Qazax-Tovuz iqtisadi rayonu

65051

Quba-Xaçmaz iqtisadi rayonu

47890

Lənkəran-Astara iqtisadi rayonu

85282

Mərkəzi Aran iqtisadi rayonu

71506

Mil-Muğan iqtisadi rayonu

47474

Şəki-Zaqatala iqtisadi rayonu

65616

Şərqi Zəngəzur iqtisadi rayonu

26770

Şirvan-Salyan iqtisadi rayonu

45015

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram