Azərbaycanda bu şəxslər də güzəştli mənzil ala biləcək | Banco.az

Azərbaycanda bu şəxslər də güzəştli mənzil ala biləcək

Səhiyyə işçilərinə güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilə bilər.

Bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026-2028-ci illər üçün Baş Kollektiv Sazişdə öz əksini tapıb.

Bildirilib ki, tərəflər vətəndaşların sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi üçün güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilən şəxslərin siyahısına səhiyyə işçilərinin də əlavə edilməsi məsələsininin sürətləndirilməsi istiqamətində müvafiq işlər aparılmasını zəruri hesab edirlər. (Trend)