"Agro Norm" MMC nizamnamə kapitalını 4,41 milyon manat və yaxud 3,8 dəfə azaldaraq 6 milyon manatdan 1,59 milyon manata endirdiyini elan edib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti xəbər verir.
Məlumata görə, buna səbəb şirkətin təsisçiləri Nəbiyev Yaşar Nəriman oğlunun ona məxsus 3,21 milyon manat dəyərində payını və Əliyev Qalib Əli oğlunun ona məxsus 1,2 milyon manat dəyərində payını götürərək təsisçiliyindən çıxmalarıdır.
"Agro Norm" 2013-cü ildə yaradılıb, əsasən kənd təsərrüfatı, xüsusilə də təzə meyvə-tərəvəz istehsalı və ixracı sahəsində fəaliyyət göstərir.
