Azərbaycan Qazaxıstana qeyri-neft məhsullarının ixracını 2 dəfə artırıb | Banco.az

Azərbaycan Qazaxıstana qeyri-neft məhsullarının ixracını 2 dəfə artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Qazaxıstana qeyri-neft məhsullarının ixracı illik müqayisədə 26 milyon 149 min dollar və ya 1,9 dəfə artıb.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin birinci yarısında Qazaxıstana qeyri-neft ixracının dəyəri 52 milyon 311 min dollar təşkil edib. 

2024-cü ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 26 milyon 162 min dollar olub. 

Qeyd edək ki, birinci yarımildə Azərbaycanın ümumi qeyri-neft ixracının dəyəri isə 1 milyard 754 milyon 65 min dollara bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram