Azərbaycan ötən ay neft ixracını 2,4 dəfə artırıb | Banco.az

Azərbaycan ötən ay neft ixracını 2,4 dəfə artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar ayında 1 milyard 903 milyon 35 min ABŞ dolları dəyərində 3 milyon 461 min ton neft ixrac edib. 

Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. 

Azərbaycanın neft ixracından gəlirləri 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə, neftin həcmi isə 2,4 dəfə artıb.

Qeyd edək ki, bu dövrdə neft ixracının ölkənin ümumi ixracında payı 62,63% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram