Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin noyabr ayında Azərbaycan mobil internetin sürətinə görə 103 ölkə arasında 83,37 MB/S sürətlə 52-ci yerdə qərarlaşıb. Azərbaycan oktyabr ayı ilə müqayisədə mövqeyində 1 pillə irəliləyib.
Banco.az “Speedtest Global Index”in hesabatına istinadən xəbər verir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 154 ölkə arasında 85-ci yerdə qərarlaşıb. Burada isə Azərbaycan mövqeyində 1 pillə geriləyib.
Ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 86,15 MB/S olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
