Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin dekabr ayında Azərbaycan mobil internetin sürətinə görə 105 ölkə arasında 87,92 MB/S sürətlə 53-cü yerdə qərarlaşıb. Azərbaycan noyabr ayı ilə müqayisədə mövqeyində 1 pillə geriləyib.
Banco.az “Speedtest Global Index”in hesabatına istinadən xəbər verir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 156 ölkə arasında 86-cı yerdə qərarlaşıb. Burada da Azərbaycan mövqeyində 1 pillə geriləyib.
Ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 88,83 MB/S olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
