Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı | Banco.az

Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Banco.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,61ABŞ dolları və ya 6,82% artaraq 87,9 ABŞ dolları olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 82,29 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.