Müəllif:Mehin Qasımova,Banco.az
G20 ölkələrinin iqtisadi artım tempi 2031-ci ilədək 3%-ə qədər zəifləyə bilər. Bu göstərici 2008-ci il qlobal maliyyə böhranından bəri ən aşağı səviyyələrdən biri olacaq.
Banco.az xəbər verir ki, BVF-nin məlumatına görə, G20 ölkələri enerji qiymətlərinin yüksəlməsi, davam edən siyasi qeyri-müəyyənlik və proteksionizmin güclənməsi ilə müşayiət olunan daha bir mürəkkəb dövrlə üzləşib. Fondun fikrincə, iqtisadiyyatların dayanıqlılığı ortamüddətli artım perspektivlərinin zəif olması problemini kölgədə qoymamalıdır.
BVF-nin qiymətləndirməsinə görə, bir sıra G20 ölkələrində əmək, məhsul və istehlak bazarlarının həddindən artıq tənzimlənməsi iqtisadi artımın qarşısında əlavə məhdudiyyətlər yaradır.
BVF hesab edir ki, G20 ölkələri siyasi maneələri minimuma endirən, iqtisadi səmərəliliyi artıran və tətbiqinin xərclərindən daha çox fayda gətirən düşünülmüş tənzimləyici və institusional çərçivələr formalaşdırmalıdır.
