Azərbaycan Mərkəzi Bankı illik inflyasiya proqnozlarını açıqlayıb | Banco.az

Azərbaycan Mərkəzi Bankı illik inflyasiya proqnozlarını açıqlayıb

Mərkəzi Bank ortamüddətli dövrdə illik inflyasiyanın hədəf daxilində olacağını proqnozlaşdırır.

Banco.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

"Belə ki, baza ssenarisi üzrə iyul proqnozlarına görə illik inflyasiyanın 2026-cı ilin sonunda 6.1%, 12 ay sonra (yəni 2027-ci ilin iyun ayında) 6%, 2027-ci ilin sonunda isə 5.8% olacağı gözlənilir.

Beləliklə, illik inflyasiyanın 2027-ci ilin ikinci yarısından hədəfə qayıdacağı gözlənilir. Qeyd edilməlidir ki, 2026-cı ilin sonuna gözlənilən inflyasiyanın hədəfdən kənarlaşması proqnoz xətası səviyyəsindədir. İnflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi əsasən birbaşa və dolayı xarici mənşəli xərc amillərinin təsirlərinin fəallaşmasından irəli gəlir ki, bu da ortamüddətli dövrdə qalıcı xarakter daşımır", - məlumatda qeyd edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram