Azərbaycan Çexiyaya neft ixracından 1 mlrd. dollardan çox gəlir əldə edib | Banco.az

Azərbaycan Çexiyaya neft ixracından 1 mlrd. dollardan çox gəlir əldə edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Çexiya 2024-cü ildə Azərbaycandan 1 milyard 81 milyon 932 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 399 milyon 46 min dollar və ya 58.4% çoxdur. 

Hesabat dövründə Çexiyanın idxal etdiyi neftin həcmi illik müqayisədə 55.8% artaraq 1.8 milyon ton olub.

Xatırladaq ki, 2023-cü ildə Çexiyanın Azərbaycandan neft idxalının dəyəri 682.9 milyon dollar, həcmi isə 1.13 milyon ton olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram