Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ildə Azərbaycan İsrail iqtisadiyyatına 543 milyon 27 min ABŞ dolları investisiya yatırıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 542 milyon 627 min ABŞ dollar və ya 1 358 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın İsrail iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 21,5% təşkil edib. Bu ölkə Azərbaycanın ən çox investisiya yatırdığı ölkə olub.
Eyni dövrdə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların məbləği 2 milyard 528 milyon 104 min dollara bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
