Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan 2026-cı ilin yanvar-fevral aylarında 1 milyard 704 milyon 408 min ABŞ dolları dəyərində 3 milyon 600 min 307 ton neft ixrac edib.
Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Azərbaycanın neft ixracından gəlirləri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 36,2%, neftin həcmi isə 24,7% azalıb.
Qeyd edək ki, bu dövrdə neft ixracının ölkənin ümumi ixracında payı 46,51% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
