Müəllif: Gülnar Əhmədli, Banco.az
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 2 aprel 2026-cı il tarixində saat 10:00-da hərraca çıxarılacaq əmlakların siyahısını açıqlayıb.
Banco.az quruma istinadən xəbər verir ki, bu tarixdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə məxsus torpaq sahəsi və qeyri-yaşayış binası satışa çıxarılacaq.
Torpaq sahəsi Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində, qeyri-yaşayış binası isə Göygöl şəhərində yerləşir.
Qeyri-yaşayış binasının sahəsi 89 kv. metrdir.
Start qiymətləri isə müvafiq olaraq 60 və 61 min manatdır.
Bizi sosial şəbəkələrdən izləyin!!
