Azər Türk Bank-ın istehlak kreditləri 35% artıb | Banco.az

Azər Türk Bank-ın istehlak kreditləri 35% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azər Türk Bank-ın kredit portfeli 30 sentyabr 2026-cı il tarixinə 944 milyon 912 min manat təşkil edib. 

Banco.az xəbər verir ki, bankın kredit portfeli 2025-ci ilin eyni dövrü ilə müqayisədə 157 milyon 252 min manat və ya 20% artıb.

Hesabat dövründə bankın istehlak kreditləri portfeli 424 milyon 71 min manat, biznes kreditləri portfeli 303 milyon 244 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 217 milyon 597 min manat təşkil edib. 

İllik müqayisədə bankın istehlak kreditləri 109 milyon 836 min manat və ya 35%, biznes kreditləri 36 milyon 127 min manat və ya 13,5%, daşınmaz əmlak kreditləri isə 11 milyon 289 min manat və ya 5,5% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram