Azər Türk Bank-da hüquqi şəxslərin depozitləri 36% artıb | Banco.az

Azər Türk Bank-da hüquqi şəxslərin depozitləri 36% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azər Türk Bank-ın depozit portfeli 30 iyun 2026-ci il tarixinə 1 milyard 489 milyon 575 min manat təşkil edib. 

Banco.az xəbər verir ki, bankın depozit portfeli 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 344 milyon 925 min manat və ya 30,1% artıb.

Hesabat dövründə bankda fiziki şəxslərin depozitləri 220 milyon 480 min manat, hüquqi şəxslərin depozitləri isə 1 milyard 269 milyon 94 min manat təşkil edib. 

İllik müqayisədə fiziki şəxslərin depozitləri 9 milyon 772 min manat (4,6%), hüquqi şəxslərin depozitləri isə 335 milyon 152 min manat (35,9%) artıb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram