Müəllif: Gülnar Əhmədli, Banco.az
Azər Türk Bank-ın depozit portfeli 31 mart 2026-ci il tarixinə 1 milyard 563 milyon 348 min manat təşkil edib.
Banco.az xəbər verir ki, bankın depozit portfeli 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 181 milyon 117 min manat və ya 13,1% artıb.
Hesabat dövründə bankda fiziki şəxslərin depozitləri 213 milyon 60 min manat, hüquqi şəxslərin depozitləri isə 1 milyard 350 milyon 288 min manat təşkil edib.
İllik müqayisədə fiziki şəxslərin depozitləri 9 milyon 278 min manat (4,6%), hüquqi şəxslərin depozitləri isə 171 milyon 840 min manat (14,6%) artıb.
2025-cü ilin eyni dövründə depozitlərin məbləği müvafiq olaraq 203 milyon 782 min manat və 1 milyard 178 milyon 448 min manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
