AYİB Ukraynaya 1,5 milyard avro məbləğində yardım edəcək | Banco.az

AYİB Ukraynaya 1,5 milyard avro məbləğində yardım edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2025-ci ildə Ukraynaya 1,5 milyard avro (1,54 milyard dollar) ayıra bilər.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi AYİB-in Ukrayna və Moldova üzrə direktoru Arvid Türknerə istinadən məlumat yayıb.

“Ukraynada planlaşdırma çətin işdir. Yeni düzgün əməliyyatlar müəyyən olunarsa Kiyevə böyük kreditlər ayrılacaq. İnfrastruktur və enerji təhlükəsizliyi iki əsas prioritet sahədir, ondan sonra özəl sektor və ərzaq təhlükəsizliyinin gücləndirilməsi gəlir", - direktor bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Agentliyin məlumatına görə, 2024-cü ildə AYİB Kiyevə ümumilikdə 2,4 milyard avro məbləğində kreditlər verib.

Qeyd edək ki, AYİB-in səhmdarlarına 72 ölkə, həmçinin Avropa İttifaqı və Avropa İnvestisiya Bankı daxildir. Bankın ilkin nizamnamə kapitalı 10 milyard avro olub, 1996-cı ildə 20 milyard avroya, 2010-cu ildə isə 30 milyard avroya qədər artırılıb.