Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada korporativ aktivlik son beş ayın ən yüksək həddinə çatıb.
Banco.az xəbər verir ki, yanvar ayında Avrozonada şirkət fəaliyyətlərində artım müşahidə olunub.
S&P Global və Hamburq Ticarət Bankı (HCOB) Avrozonanın yanvar ayına dair Satınalma Menecerləri İndeksi (PMI) üzrə ilkin göstəriciləri açıqlayıb.
Məlumatlara əsasən, Avrozonada dekabr ayında 49,6 olan kompozit PMI yanvarda 50,2-yə yüksəlib. Kompozit PMI son 5 ayın ən yüksək səviyyəsinə çatıb.
Dekabrda 45,1 olan emal sənayesi PMI da yanvarda 46,1 punkta yüksələrək son 8 ayın ən yüksək səviyyəsinə çatıb.
Bu dövrdə xidmət sektoru PMI isə 51,6-dan 51,4-ə enib.
Qeyd edək ki, PMI göstəricilərində 50 səviyyəsindən yuxarı sektorun böyüməsini, bu səviyyənin aşağısı isə daralmanı ifadə edir.
Məlumatlar Avrozonada özəl sektor şirkətlərinin fəaliyyətlərinin yanvar ayında bir qədər artdığını göstərir.
Bizi sosial şəbəkələrdən izləyin!!