Avropa Mərkəzi Bankı səkkizinci dəfə faiz dərəcələrini aşağı salıb | Banco.az

Avropa Mərkəzi Bankı səkkizinci dəfə faiz dərəcələrini aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankı (ECB) faiz qərarını açıqlayıb.

Banco.az xəbər verir ki, bank proqnozlara uyğun olaraq 25 baza bəndi endirim edərək depozit faizini 2,25 faizdən 2 faizə, əsas yenidənmaliyyəşmə faizini 2,40 faizdən 2,15 faizə, marjinal maliyyələşmə faizini isə 2,65 faizdən 2,40 faizə endirib.

Bloomberg-in sorğusunda iştirak edən analitklər də faizlərin dörddə bir bənd azaldılacağını gözləyirdilər.

Pul siyasəti bəyanatında qeyd olunub: “ECB xüsusilə qeyri-adi qeyri-müəyyənliklərin mövcud olduğu indiki şəraitdə, uyğun pul siyasəti mövqeyini müəyyən etmək üçün məlumatlara əsaslanan və iclas-əsaslı yanaşma tətbiq edəcək. Qərarlar daxil olan iqtisadi və maliyyə göstəriciləri, inflyasiyanın əsas dinamikası və pul siyasətinin ötürmə gücü fonunda inflyasiya perspektivinə dair qiymətləndirməyə əsaslanacaq. İdarə Heyəti konkret faiz trayektoriyası üçün əvvəlcədən öhdəlik götürmür.”

Açıqlamada həmçinin bildirilib: “Əksər inflyasiya göstəriciləri inflyasiyanın təqribən 2 faiz səviyyəsində sabitləşəcəyini göstərir.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram