Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) süni intellekt sahəsində ABŞ və Çinə çatmaq üçün irimiqyaslı məlumat və hesablama infrastrukturu qurmağı və qaydaları sadələşdirməyi planlaşdırır.
Banco.az xəbər verir ki, Avropa İttifaqı Komissiyası süni intellekt sahəsində yeni strategiyasını əhatə edən “Süni İntellekt üzrə Qitə Fəaliyyət Planı” adlı sənədini yayımlayıb.
Buna əsasən, Aİ süni intellekt sahəsində aparıcı rol oynamaq üçün yeni addımlar atacaq. Aİ-nin süni intellekt üzrə innovasiya qabiliyyəti artırılacaq.
Genişmiqyaslı süni intellekt məlumat və hesablama infrastrukturu yaradılacaq. Aİ Komissiyası Avropanın süni intellekt və superkompüter infrastrukturunu “süni intellekt fabriklərı” şəbəkəsi ilə gücləndirəcək.
Aİ süni intellekt startaplarını, sənayesini və tədqiqatçılarını modellərini və tətbiqlərini inkişaf etdirmək sahəsində dəstəkləyəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!