Müəllif: Tamara Mustafayeva, Banco.az
“Apple” şirkətinin səhmləri 3,6 faiz ucuzlaşıb.
Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi “Apple”ın səhmləri çərşənbə axşamı Nyu-York birjasında ticarətin bağlanışında 3,6 faiz ucuzlaşıb ki, bu da avqust ayından bəri müşahidə olunan ən kəskin ucuzlaşmadır.
Bu hadisə Britaniyanın çoxmillətli universal bankı “Barclays”in “Apple”ın reytinqini və Çində iPhone 15 satışlarının zəifləyəcəyini əsas gətirərək şirkət səhmləri üçün qiymət hədəfini aşağı salmasından sonra baş verib.
“Barclays” iPhone istehsalçısının reytinqini aşağı saldıqdan sonra Asiyadakı “Apple” tədarükçülərinin səhmləri də ucuzlaşıb.
Qeyd edək ki, “Barclays” “Apple”ın reytinqini aşağı çəkib və qiymət hədəfini 161 dollardan 160 dollara endirib.
Bizi sosial şəbəkələrdən izləyin!!