Apple Pay ödəniş sistemi işə düşdü | Banco.az

Apple Pay ödəniş sistemi işə düşdü

Apple kompaniyası özünün mobil qurğular üçün nəzərdə tutulmuş  Apple Pay ödəniş sistemini işə saldı.

Hələ ki, sistem yalnız ABŞ-da işləyəcək. CNN məlumat verir ki, Apple Pay 500 bank tərəfindən dəstəklənəcək. Bundan əlavə kompaniya artıq bir neçə ticarət və restoran şəbəkəsi ilə müqavilələr imzalayıb.  Söhbət əsasən Bloomingdale's, Macy's geyim dükanlarından, McDonald's ayaqüstü qida restoranları şəbəkəsindən və Whole Foods ərzaq dükanlarından gedir.  

Ən sərfəli kredit üçün müraciət et

Kompaniyanın özündə əmindirlər ki, yeni ödəniş sistemi məhsul alış-verişində yeni bir inqilaba səbəb olacaq.

Sahiblar etdikləri alış-verişin dəyərini barmaq izlərinin skan edilməsinin köməkliyi ilə həyata keçirəcək və bu zaman onlar iPhone 6 və  iPhone 6 Plus telefonlarını PayPass terminallarına yaxınlaşdıracaqlar.