Müəllif:Ayşən İmanova/Banco.az
Texnologiya nəhəngi “Apple” İndoneziyada smartfonlar və digər məhsullar üçün komponentlər istehsal edəcək müəssisəyə 1 milyard ABŞ dolları sərmayə qoymağı planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə İndoneziyanın investisiya naziri Rosan Ruslani bildirib.
Xatırladaq ki, oktyabr ayında İndoneziya “Apple”ı ölkədə satılan telefonların ən azı 40%-nin yerli istehsal hissələrinin olmasını tələb edən ölkə qanunlarına əməl etməməkdə ittiham edərək “iPhone 16”nın satışını qadağan edib.
Ruslani bildirib ki, sazişin təfərrüatları hələ də işlənir, lakin investisiyanın 1 milyard ABŞ dolları təşkil edəcəyini təsdiqləyib.
Qeyd edək ki, ötən həftə hökumət “Apple”ın aksesuarlar və komponentlər zavodu tikmək üçün 100 milyon dollarlıq investisiya təklifini rədd edərək, bunu “iPhone 16” qadağasını aradan qaldırmaq üçün yetərsiz hesab edib.