AMB depozit hərracında 250 mln. manat cəlb edib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

AMB depozit hərracında 250 mln. manat cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 250 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 649 mln. manat təşkil edib. 

Bu barədə AMB-yə istinadən xəbər verilir. 

Hərracda tələb təklifi 2,6 dəfə üstələyib. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ümumilikdə 250 mln. manat cəlb olunub, orta ölçülmüş faiz dərəcəsi isə 12,01% olub.

Mənbə: Report.az