Amazon xırda ticarətçilərə $1 milyard borc verdi | Banco.az

Amazon xırda ticarətçilərə $1 milyard borc verdi

Riteyler, platforma iştirakçılarının satışlarının artımında maraqlıdır, çünki saytda keçirilən tranzaksiyalardan faiz əldə edir.

Amazon kompaniyası kiçik kreditlər biznesi -  “Amazon Lending”I böyüdür, son xəbərlərə əsasən başa çatan 12 ay ərzində, kompaniya 20000 ticarətçiyə 1 milyard dollar həcmində borc verib, bu haqda Venture Beat məlumat verir. Bu məbləğ 2011-ci ildən bəri elektron ticarət nəhənginin öz platforma istifadəçilərinə kreditləşmə proqramı vasitəsi ilə verdiyi borc məbləğinin üçdə birini təşkil edir.

Təqdirəlayiq faktdır ki, 20 min istifadəçinin yarıdan çoxu borcunu qaytardıqdan sonra, şirkətə yeni kredit üçün müraciət edib. Platforma iştirakçılarının satışların artımı Amazon üçün maraqlıdır, çünki hər köçürmədən faiz əldə edir. Kreditlərin həcmi $10 000 – $750 000 arasında dəyişir. Satıcılar məlumat verir ki, fiaz dərəcələri 6%- 14% arasında dəyişir.