Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ mərkəzli texnologiya nəhəngi “Amazon” ABŞ hökumət qurumlarına aid süni intellekt və superkompüter infrastrukturunu gücləndirmək məqsədilə 50 milyard dollara qədər investisiya yatırmağı planlaşdırdığını açıqlayıb.
Banco.az xəbər verir ki, şirkətin məlumatına görə, “Amazon Web Services” (AWS) ilk dəfə olaraq ABŞ federal qurumları üçün süni intellekt və yüksək performanslı hesablama infrastrukturu inkişaf etdirəcək.
Açıqlamada bildirilir ki, “Amazon”un hökumət qurumlarına yönəlik süni intellekt və superkompüter sistemlərini genişləndirmək üçün ümumi investisiya məbləği 50 milyard dollara çata bilər.
Gələn il başlaması gözlənilən bu yeni investisiya çərçivəsində yüksək hesablama gücü və qabaqcıl şəbəkə texnologiyaları ilə təchiz olunmuş məlumat mərkəzlərinin inşa ediləcəyi, bu obyektlərin təxminən 1,3 giqavat əlavə hesablama gücü yaratmasının gözlənildiyi qeyd edilib. Federal qurumların AWS-nin geniş süni intellekt xidmətlərinə çıxış əldə edərək öz xüsusi süni intellekt həllərini hazırlaya, böyük məlumat bazalarını daha effektiv idarə edə və əmək məhsuldarlığını artıra biləcəyi vurğulanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
