Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada işsizlik 2010-cu ildən bəri ən pis səviyyəyə çatıb.
Banco.az xəbər verir ki, Almaniya Federal İş Agentliyi (BA) işsizlik göstəriciləri ilə bağlı 2025-ci ilin dekabr ayı üzrə məlumatları açıqlayıb.
Məlumatlara əsasən, ölkədə mövsümi təsirlərdən təmizlənməmiş işsizlərin sayı dekabr ayında noyabr ayı ilə müqayisədə 23 min nəfər artaraq 2 milyon 908 minə çatıb.
Bu artım əmək bazarının zəifləyən iqtisadiyyat fonunda toparlanmaqda çətinlik çəkməsi, eləcə də Milad və Yeni il ərəfəsində qış tətillərinin təsiri ilə əlaqələndirilir.
Ölkədə mövsümi təsirlərdən təmizlənmiş işsizlərin sayı da dekabrda noyabr ayı ilə müqayisədə 3 min nəfər artaraq 2 milyon 900 min olub. Bazarlarda dekabr ayı üzrə işsizlərin sayının 5 min nəfər artacağı gözlənilirdi.
Mövsümi təsirlərdən təmizlənməmiş işsizlik səviyyəsi dekabr ayında 0,1 faiz bəndi artaraq 6,2 faizə yüksəlib. Dekabr ayında şirkətlər üzrə mövcud boş iş yerlərinin sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə 35 min azalaraq 619 min olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
