Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada investorların nikbinliyi son dörd ilin ən yüksək səviyyəsinə çatıb.
Banco.az xəbər verir ki, "ZEW" proqnozlar indeksi 59,6 səviyyəsinə yüksəlib. Bu göstərici 2021-ci ilin ortalarından bəri qeydə alınan ən yüksək səviyyədir. Ötən ay indeks 45,8 punkt təşkil etmişdi. "Bloomberg" sorğusunda iştirak edən iqtisadçıların median gözləntisi isə 50 səviyyəsində olub.
Cari şərait indeksi də mənfi 81 səviyyəsindən mənfi 72,7-yə yüksəlib.
"ZEW"in prezidenti Axim Vambax açıqlamasında bildirib: “2026-cı il dönüş nöqtəsi ola bilər. Lakin müsbət iqtisadi mühitə baxmayaraq, dayanıqlı iqtisadi artımı təmin etmək üçün regionun cəlbediciliyinin artırılmasına yönəlmiş tədbirlər davam etdirilməlidir.”
Bizi sosial şəbəkələrdən izləyin!!
