Aİ sənayeyə güzəştli elektrik enerjisi təklif etməyə hazırlaşır | Banco.az

Aİ sənayeyə güzəştli elektrik enerjisi təklif etməyə hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Komissiyası sənayenin karbonsuzlaşdırılması, təmiz enerjiyə keçid və təmiz texnologiyaların istifadəsini təşviq etmək məqsədilə yeni dövlət dəstəyi çərçivəsini təklif edib.

Banco.az xəbər verir ki, yeni çərçivəyə əsasən, üzv ölkələrin bu sahələrdəki investisiyaları və hədəfləri üçün şərtlər müəyyən ediləcək və Komissiya bu planları sürətlə təsdiqləyəcək.

Çərçivə bərpa olunan enerji və aşağı karbonlu yanacaq istifadəsinin artırılması, enerji intensiv istifadəçilər üçün müvəqqəti elektrik qiyməti endirimləri, mövcud müəssisələrin karbonsuzlaşdırılması, təmiz texnologiya istehsalının genişləndirilməsi və dövri iqtisadiyyatı dəstəkləyən layihələrə yönəlmiş investisiyalar üçün dövlət yardımının sadələşdirilməsini nəzərdə tutur.

Həmçinin enerji intensiv sahələrdə fəaliyyət göstərən və beynəlxalq ticarətdə iştirak edən şirkətlərə elektrik qiyməti dəstəyi verilə bilər.

Uzun müddətdir ABŞ və Çinlə müqayisədə daha yüksək enerji xərcləri ilə üzləşən AB sənayesi bu məsələyə qarşı tədbir görülməsini tələb edirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram