Aİ mənzil böhranına qarşı plan hazırlayır | Banco.az

Aİ mənzil böhranına qarşı plan hazırlayır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqının (Aİ) Enerji və Mənzil Təsərrüfatı Komissiyasının üzvü Dan Jorgensen, Avropada mənzil böhranı olduğunu və əlverişli mənzil təmin etmək üçün bir plan üzərində işlədiklərini söyləyib.

Banco.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Enerji və Mənzil məsələləri üzrə komissarı Dan Jorgensen Brüsseldə Avropanın müxtəlif şəhərlərindən olan bələdiyyə başçıları ilə mənzil problemi mövzusunda keçirdiyi görüşdən sonra açıqlamalar verib.

"Avropa hazırda bir mənzil böhranının mərkəzindədir. Bir çox şəhərdə, çox sayda insan layiqli bir evə sahib ola bilmir," – deyən Jorgensen xüsusilə polis əməkdaşları, tibb bacıları və ya müəllimlər kimi cəmiyyət üçün əhəmiyyətli vəzifələrdə çalışan insanların xidmət göstərdikləri şəhərlərdə yaşaya bilməmələrinin qəbuledilməz olduğunu vurğulayıb.

Jorgensen mənzil böhranının həllinin əsas prioritetlərdən biri olduğunu qeyd edərək, bəzi şəhərlərin bu mövzuda konkret tövsiyələr verməsindən məmnunluq duyduğunu bildirib.

O, Avropada münasib qiymətə mənzil təmin olunması ilə bağlı bir plan hazırladıqlarını və bu sahədə ön sıralarda olan əsas şəhərlərin bələdiyyə başçılarının fikirlərinin böyük əhəmiyyət daşıdığını söyləyib.

Bu çərçivədə Avropanın müxtəlif şəhərlərinin bələdiyyə başçıları Jorgensen-ə hazırladıqları "Avropa Mənzil Fəaliyyət Planı"nı təqdim ediblər.

Plana əsasən, Aİ-nin münasib qiymətə mənzil təmin etmək üçün illik təxminən 300 milyard avro həcmində vəsaiti hərəkətə keçirəcək bir fond yaratması tələb olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram