Müəllif: Tamara Mustafayeva, Banco.az
Aİ Almaniyaya yarımkeçirici dəstək məqsədilə 659 milyon avro ayırıb.
Banco.az xəbər verir ki, Avropa Komissiyası Almaniyanın çip istehsalını dəstəkləməyə yönəlmiş proqramını Avropa İttifaqının dövlət yardımı qaydalarına uyğun hesab edərək təsdiqləyib.
Komissiyanın açıqlamasında bildirilib ki, sözügedən dəstək Avropada yarımkeçirici istehsalı güclərinin artırılmasına, təchizat zəncirinin möhkəmləndirilməsinə və Avropa İttifaqının bu sahədə texnoloji müstəqilliyinin güclənməsinə töhfə verəcək.
Açıqlamaya əsasən, proqram çərçivəsində Almaniya federal hökuməti və əyalət rəhbərlikləri ölkədə fəaliyyət göstərəcək dörd müəssisəyə ümumilikdə 659 milyon avro maliyyə dəstəyi ayıracaq. Qeyd olunub ki, bu investisiyalar Avropada həmin istiqamətlər üzrə yaradılacaq ilk nümunəvi istehsal müəssisələri olacaq.
Avropa İttifaqına üzv ölkələrin dövlət yardımlarını hansı qaydada təqdim edə biləcəyinə dair səlahiyyət Avropa Komissiyasına məxsusdur.
Üzv dövlətlər dövlət dəstəyini yalnız rəqabətə zərər verməyəcək və ictimai maraqlara uyğun olan hallarda tətbiq edə bilərlər.
Bizi sosial şəbəkələrdən izləyin!!
