Ağ Ev Trampın Suriyaya qarşı sanksiyaları ləğv edəcəyini bildirib | Banco.az

Ağ Ev Trampın Suriyaya qarşı sanksiyaları ləğv edəcəyini bildirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ağ Ev ABŞ prezidenti Donald Trampın Suriyaya qarşı sanksiyaları ləğv edən fərman imzalayacağını açıqlayıb.

Banco.az xəbər verir ki, Ağ Evin sözçüsü Karolin Levit gündəlik mətbuat konfransında çıxış edib.

Levit Trampın bu gün günortadan sonra Suriyaya qarşı ABŞ sanksiya proqramını ləğv etmək üçün prezident fərmanı imzalayacağını bildirərək, "Bu, ölkənin sabitlik və sülh yolunu dəstəkləmək və təşviq etmək üçün bir cəhddir", – deyə qeyd edib.

Fərmanla bağlı danışan Leavitt bildirib: “Fərman Suriyaya qarşı sanksiyaları aradan qaldırsa da, keçmiş dövlət başçısı (Bəşşar) Əsəd və onun tərəfdarları, insan haqları pozucuları, narkotik qaçaqçıları, kimyəvi silah fəaliyyəti ilə əlaqəli şəxslər, DEAŞ və əlaqəli təşkilatlar, habelə İranın proxy (nümayəndə) qüvvələrinə qarşı sanksiyaların davam etməsini nəzərdə tutur.”

Levit Trampın Yaxın Şərq səfəri zamanı Suriyanın yeni lideri ilə görüşdüyünü və sanksiyaların ləğv ediləcəyi ilə bağlı vəd verdiyini qeyd edərək, Prezidentin sabit, birləşmiş, özü və qonşuları ilə sülh içində yaşayan bir Suriyanı dəstəkləməyə sadiq olduğunu vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram