Afrika dövlətlərinin ümumi suveren borcu 1 trilyon dollara çatıb | Banco.az

Afrika dövlətlərinin ümumi suveren borcu 1 trilyon dollara çatıb

Müəllif:Ayşən İmanova/Banco.az

Afrika dövlətlərinin suveren borcu 1 trilyon dollara çatıb.

Banco.az xəbər verir ki, bu barədə BMT-nin Afrika İqtisadi Komissiyasının (UNECA) icraçı katibi Klaver Qatete bildirib.

Onun sözlərinə görə, dövlət borcu yüksək olan hər üç Afrika ölkəsindən biri hazırda ciddi maliyyə problemləri ilə üzləşir.

Qatete qeyd edib ki, Afrikanın artan borc yükü uzunmüddətli güzəştli maliyyələşdirmə, rəsmi inkişaf yardımı və birbaşa xarici investisiyaların azaldığı bir vaxta təsadüf edir. O əlavə edib ki, iqlim dəyişikliyinin təsirləri Afrikaya çox ciddi zərbə vurur.

BMT-nin məlumatına görə, Zimbabve, Qana və Efiopiya hazırda ən çətin maliyyə vəziyyətindədir. 

Qeyd edək ki, dövlət borcunun artması təkcə Afrika ilə məhdudlaşmır. “IFF Qlobal” borc monitorinqinin hesablamalarına görə, 2024-cü ilin birinci rübündə dünya ölkələrinin ümumi borcu 91,4 trilyon dollar təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram