AFB Bank Risklərin təhlili şöbəsinə rəis vakansiyası elan edir.
RİSKLƏRİN İDARƏ EDİLMƏSİ DEPARTAMENTİ
Vəzifə: Risklərin təhlili şöbəsinin rəisi
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- İqtisadiyyat, riyaziyyat və ya biznesin idarəedilməsi üzrə ali təhsil;
- Risklərin idarə olunması, maliyyə, audit/mühasibatlıq üzrə azı 3 il təcrübə;
- MS Office, o cümlədən MS Excel-dən təkmil istifadə bacarığı;
- Yüksək səviyyədə Azərbaycan və İngilis dili bilikləri;
- Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
- Ünsiyyət qurmaq qabiliyyəti, kollektivdə çalışma, idarəetmə təcrübəsi;
- Xaricdə təhsil almış, o cümlədən FRM, PRM və CFA sertifikat sahibləri və bu imtahanlar üzrə mərhələ keçənlərə üstünlük veriləcək.
İŞİN TƏSVİRİ:
- Risklərin təhlili və minimallaşdırılması üzrə təkliflərin verilməsi;
- Kredit, bazar və əməliyyat risklərinin idarə edilməsi və təkmilləşdirilməsi üçün təkliflərin verilməsi;
- Risk menecment alətlərinin generasiyası və tətbiq edilməsi;
- Risk modellərinin qurulması və yenilənməsi;
- Bankdaxili prosedurların qiymətləndirilməsi və təkmilləşdirilməsini təklif etmək;
- Stress-testlərin keçirilməsi və müəyyən edilən risklərin azaldılması məqsədi ilə tədbirlər planın hazırlanması.
Qeyd: Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Risklərin təhlilişöbəsinin rəisi” qeydi edərək insan.resurslari@afb.az elektron ünvanına göndərməyinizi xahiş edirik.
Müraciət üçün son tarix – 30 oktyabr 2017-ci il.