ADİF: Bağlanmış 4 bankın qorunan əmanətçilərinin 55%-nin pulu 1 manatdan çox deyil | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

ADİF: Bağlanmış 4 bankın qorunan əmanətçilərinin 55%-nin pulu 1 manatdan çox deyil

Ləğvetmə prosesində olan “Parabank”, “Zaminbank”, “Kredobank” və “Dekabank” ASC-lərin qorunan əmanətçilərinin təxminən 55%-nin bank hesablarındakı vəsaiti 1 manatdan çox deyil. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) məlumat yayıb.

Qurum bəyan edib ki, bağlanmış 4 bankda qorunan əmanətçilərinin sayı 31 959 nəfərdir. Bunlardan 17 786 nəfərin əmanəti 1 manata, 11 534 nəfərin əmanəti isə 1 manatdan 1 000 manata qədərdir. 1 000 manatdan artıq pulu olan əmanətçilərin sayı isə 2 639 nəfərdir və avqustun 19-na onlardan 1 915 nəfərinə (72,6%) 56,455 mln. manat kompensasiya ödənilib.