AccessBank-ın aktivləri 285 milyon manatdan çox artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

AccessBank-ın aktivləri 285 milyon manatdan çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

AccessBank 2025-ci ildə 49 milyon 52 min manat xalis mənfəət əldə edib. 

Banco.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, Bankın aktivləri 2024-cü ilin sonu ilə müqayisədə 285 milyon 75 min manat və ya 19,2% artaraq 1 milyard 770 milyon 369 min manat təşkil edib.

Bankın kredit portfeli 182 milyon 649 min manat və ya 15,9% artaraq 31 dekabr 2025-ci il tarixinə 1 milyard 770 milyon 369 min manata yüksəlib. Hesabat dövründə AccessBank-ın depozit portfelinin həcmi isə 1 milyard 132 milyon 381 min manat təşkil edib. Bu da 2024-cü ilin sonuna nisbətən 105 milyon 898 min manat və ya 10,3% çoxdur. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram